25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

"Qəbələ" UEFA Avropa Liqasının hazırlığını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “qırmızı-qaralar” iki gündür paytaxtda hazırlıq keçir.

Avrokubok mübarizəsinə II təsnifat mərhələsində başlayacaq komanda məşqlərini Bakı Olimpiya Stadionunda  gerçəkləşdirib. İyulun 25-də Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun komandası dünən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” – “Dinamo” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də olacaq görüş saat 19:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30