24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

III tura baxış: "Qarabağ" və "Neftçi" zirvəyə, "İnter" və "Rəvan" zirzəmiyə

Premyer Liqada 2013/14 mövsümünün artıq üçüncü turunun oyunları da geridə qaldı. Futbolxeber.az saytı ənənəsinə sadiq qalaraq, üçüncü turun oyunlarının qısa icmalını təqdim edir. Həmçinin həftənin ən yaxşı oyunçusu və baş məşqçisini seçib, eləcə də digər maraqlı məqamları fərqləndirəcəyik.

"NEFTÇİ" - "SİMURQ"

Turun açılış matçında "Neftçi" qələbə qazandı. Lakin gözlənildiyi kimi bu, heç də asan başa gəlmədi. Bir hissədən bir qədər çox azlıqda oynayan "Neftçi" rəqibin bir o qədər də təzyiqi ilə üzləşmədi. Əksinə, "ağ-qaralar" sona yaxın hətta fərqi də artıra bilərdi. Bir sözlə, komanda layiqli qələbə qazanmaqla, liderlər qrupundakı mövqeyini məhkəmlətdi. Komanda növbəti turda Lənkərandan da qələbə ilə dönsə, o zaman Tərlan Əhmədovun baş məşqçi postunda qalacağını tam əminliklə söyləmək olar.

"QARABAĞ" - "XƏZƏR LƏNKƏRAN"

Turun mərkəzi matçında sevinən tərəf "Qarabağ" oldu. Ağdam klubu çətinlik çəkmədən istəyinə çatdı. Gelaşvilinin ardıcıl ikinci çempionat oyununda fərqlənməsini qeyd etmək lazımdır. Düzdür, matçdan sonra daha çox Rəhim Həsənovun idarəçiliyi müzakirə olundu. Elə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da gənc referinin səhvə yol verdiyini etiraf etdi. Lakin bu məqam "Qarabağ"ın qələbəsinə kölgə sala bilməz. "Xəzər Lənkəran"ın oyununda isə ciddi dəyişiklik nəzərə çarpmır. İkinci yarının əvvəlində yaxşı oyun göstərən lənkəranlılar ikinci qoldan sonra sanki təslim oldu. 3 turdan sonra qələbəyə həsrət qalan "Xəzər Lənkəran" üçün növbəti matç mühüm əhəmiyyət kəsb edir. "Qarabağ" isə növbəti 3 xalına baxmayaraq, zədələnərək 10 günlük sıradan çıxan Reynaldo Silvanın durumuna təəssüfləndi.

"BAKI" - "RƏVAN"

Bu oyun haqda uzun-uzadı danışmağa ehtiyac görmürük. "Bakı" açıq-aşkar üstün tərəf idi və layiqli qələbə qazandı. "Rəvan"da oyun deyilən bir şey yoxdur. Komanda artıq çempionatın aşkar autsayderidir. Bu gedişlə "Rəvan" növbəti mövsümdə Premyer Liqada mübarizə aparmayacaq. Çünki indidən "Rəvan"ın autsayder olduğu göz önündədir. "Bakı" isə növbəti turda Zaqataladan qələbə ilə qayıtmağı bacarsa, o zaman Pantiçin işini yüksək dəyərləndirmək olar.

"İNTER" - AZAL

"Şəfa"da qeydə alınan nəticəni gözlənilməz hesab etmək olar. "Bankirlər" ardıcıl üçüncü oyunda da hesabı açan tərəf olmasına baxmayaraq, komanda yenə də meydandan xalsız ayrıldı. Amma bu oyunda da hakim səhvi oldu. Əminliklə "İnter"in 1 penaltisinin verilmədiyini söyləmək mümkündür. Amma bu məqam AZAL-ın zəhmətini yerə vura bilməz. Vaqif Sadıqovun işi göz önündədir və çoxları komandaya zəif gözüylə baxsa da, AZAL artıq "Bakı" və "İnter" kimi iddialıları məğlub etməklə dördüncü pilllədə qərarlaşıb.

"SUMQAYIT" - "QƏBƏLƏ"

Turun sensasiyası Sumqayıtda qeydə alındı. Buna qədər xal itkisinin nə olduğunu bilməyən Yuri Syominin komandası mövsümdə ilk dəfə büdrədi. Bunda isə Levinin meydandan qovulmasının böyük rolu oldu. Böyük ehtimalla, komanda azlıqda qalmasaydı, yəqin ki əvvəlki oyunlarda olduğu kimi yenə də əzmkar qələbə qazanardı.

TURUN OYUNÇUSU: Viktor İqbekoyi (AZAL)

TURUN MƏŞQÇİSİ: Aqil Məmmədov ("Sumqayıt")

TURUN BƏXTSİZİ: Reynaldo Silva ("Qarabağ")




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30