24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Bordin: "Efros barədə heç düşünmürəm də"

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında sabah Moldovanın “Sperantsa” klubunu qəbul edəcək “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəl görüş barədə fikirlərini bildirib.
 
- Bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez qeydə alınır. Sabahkı matça maksimum köklənəcəyik və qələbə qazanmağa çalışacağıq. İlk matçdakı qələbə bizi aldatmamalıdı, “boşalmaq” olmaz. Moldovada da “Sperantsa” bizə çətinliklər yaratmışdı. Bir neçə təhlükəli epizodları olmuşdu. Sabahkı matça maksimum köklənməliyik.
 
- İlk matçla müqayisədə heyətdə dəyişikliklər gözlənilir?
 
- Hələ bir gün var. Bugünkü məşqdən sonra ilk “11-liy”i müəyyənləşdirəcəyik. İndi deyə bilmərəm ki, dəyişiklik olacaq, ya yox.
 
- Zədəlilər - Soni Mustivarla Baqali Dabo nə vaxta hazır olacaq?
 
- Onlar bizim üçün vacib futbolçulardı. Soni komanda ilə məşq edir. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur, öz üzərində işləyir. Bugünkü məşqdən sonra heyəti müəyyənləşdirəcəyik. O da oynaya bilər. Daboda irəliləyiş var. Bərpa prosesi gedir. Həkim nəzarəti altında məşq edir.
 
- “Sperantsa” səddi keçilsə, “Arsenal”la oyunlar üçün yeni transferlər olacaqmı? Ümumiyyətlə, yeni oyunçulara ehtiyac varmı?
 
- Bu gün yalnız “Sperantsa” ilə matçı düşünürük. Daha sonra digər məsələlər barədə danışacağıq.
 
- “Sperantsa”nı keçməsəz, yeni futbolçu gəlməyəcək?
 
- Bizdə hamı “Sperantsa” barədə düşünür. Bundan sonra digər mövzulara diqqət yetirəcəyik.
 
- İlk oyunda 3 qolla qalib gəlmişdiz. Cavab matçında hansı nəticə sizi qane edəcək?
 
- Çalışacağıq ki, oyunda diktə edən tərəf biz olaq. Sona qədər aqressiv oyun göstərərək, qələbə qazanmağa çalışacağıq. Hər hansı hesabla qələbə məni qane edəcək.
 
- Ola bilərmi ki, “Arsenal”la oyunu düşünərək, bəzi sirləri gizlədəsiz?
 
- Əvvəlki sualda buna cavab verdik. Bu gün yalnız “Sperantsa”nı düşünürük.
 
- Səfərdəki matçda qələbədən əlavə oyun da sizi qane etdimi?
 
- Mənə əsas komandanın oyuna yanaşması vacib idi. Rəqib davam edən çempionatda çıxış edir və fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Komandama tapşırıq vermişdim ki, ciddi yanaşsınlar. Onlar da necə yanaşdıqlarını göstərdilər. Komandamın oyunundan razı qaldım. Ancaq bəzi səhvlər də oldu. Rəqib sürətli futbolçularının hesabına əks-hücumlar qura bildi. Bunların da üzərində işləmişik. Çalışacağıq ki, sabah eyni səhvləri təkrarlamayaq.
 
- Rəqib komandanın baş məşqçisi ilk oyundan sonra demişdi ki, komandam belə qalib gəlsəydi, 1 həftə yatmazdım. Sabah gözəl oyunla qələbə qazanıb, onun yuxusunu qaçırmağı düşünmürsüz?
 
- Rəqəbin baş məşqçisinə hörmət edirəm. Onun dediklərinə şərh vermək istəmirəm, onunla bəhsə girmək istəmirəm. Təxribata getməyəcəm. Mənim üçün vacib olan qələbədi.
 
- Bəlkə, “Şerif”də işləyəndə Kristian Efrosa çox qalib gəlmisiz deyə, belə danışır, “Neftçi” ilə bağlı deyil dedikləri?
 
- Mənim onunla heç bir şəxsi problemim yoxdu. Efros barədə heç düşünmürəm də. Mənə yalnız öz komandam maraqlıdı. Bir qədər sonra onun da mətbuat konfransı olacaq. Yəqin özü daha ətraflı cavab verər.
 
- Adətən qalib heyət mühakimə olunmur. Ancaq sizin müdafiəniz tənqid olunur. Artıq Voislav Stankoviç də gəlib, ancaq o, ilk görüşdə ehtiyatda qaldı. Risk etmək istəmədiyiniz üçün Mbodju oynatdız?
 
- Komandada 6 müdafiəçi var, 4-ü stoperdi. Anton isə həm cinahda, həm mərkəzdə oynaya bilir. Heyətdə ciddi rəqabət var. Həmin an üçün Mbodjla Kirilə şans verdim. Son məşqdən sonra sabahkı oyun üçün heyəti müəyyənləşdirəcəyik.
 
Mənbə: futbolpress.az
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30