25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Bakıya turist kimi gəlməmişik”

"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?

- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz başa çatsa, penaltilər seriyasına ehtiyac olacaq. Biz də buna da hazırlaşmışıq.

- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?

- Bura turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.

- Futbolçularınız iddialı açıqlamalar verib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?

- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur.Amma futbolda hər şey ola bilər.

- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?

- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30