25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

”Xəzər Lənkəran” üsyan etdi

"Xəzər Lənkəran" klubu dünən Premyer Liqanın III turu çərçivəsində "Qarabağ"a qarşı baş tutan görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyindən narazı qalıb. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı bir qədər əvvəl klubun rəsmi saytında ”Xəzər Lənkəran” Futbol Klubu etiraz edir" başlıq xəbər yer alıb. Həmin xəbəri olduğu kimi təqdim edirik:

"Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşması ən çox aşağı səviyyəli hakim idarəçiliyi ilə yadda qaldı. Baş hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədi. İlk qolun vurulmasından öncə təyin olunan cərimə zərbəsində, oyunun gedişatında Sadio Tounkaraya qarşı edilən kobudluqlara göz yumulmasında hakimin oyunu düzgün şəkildə idarə etmədiyini tam aydınlıqla müşahidə etmək mümkündür. İkinci hissədə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penalti isə ümumiyyətlə heç bir əsas olmadan verilən bir qərardır. Bütün bunların oyunun videoyazısında da görmək mümkündür.

Oyundan dərhal sonra "Xəzər Lənkəran" baş hakim Rəhim Həsənovun idarəçiliyi ilə bağlı bütün narazılıqları oyunun protokoluna qeyd etdi.

"Xəzər Lənkəran" Futbol Klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. Premyer Liqa oyunlarında bu səviyyəli idarəçiliyin olması yolverilməzdir. Komandanın hazırkı dönəmdə istədiyi oyunu göstərə bilməməsi, son nəticələrinin aşağı olması və bunlardan irəli gələn digər müvəqqəti problemlər olsa belə, heç kim "Xəzər Lənkəran"ın bu durumundan öz məqsədləri üçün istifadə edə bilməz, heç kim komandanın çətin günündə onu bir qədər də çətin vəziyyətə salmaq iqtidarında və ixtiyarında deyil. "Xəzər Lənkəran" FK baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30