25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Emin Mahmudov: "Bundan imtina etdilər ki, bizə çətin olsun"

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Sperantsa”ya qalib gəldikləri (3:0) matçdan sonra jrunalistlərin suallarını cavablandırdı.
 
Futbolxeber.az 27 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
- Qarşılaşmanı necə şərh edərdin?
- Çətin matç alındı. Ən azı ona görə ki, anlaşılmaz topla oynadıq. Həyatımda ilk dəfə idi belə topla oynayırdım. Meydança ağır idi. Rəqib qarşılaşmadan öncə qazonu sulamamışdı.
 
- Bilərəkdən?
- Bunu etməkdən imtina etdilər ki, bizə çətin olsun. Ancaq əsas odu ki, nəticəni qazandıq. Hansı ki, cavab görüşü öncəsi bizi qane edir. Ancaq arxayınlaşmaq olmaz.
 
- 3:0 hesabı təkrar matça optimist baxmağınıza imkan verir?
- Boşalmaq olmaz. Futbolda hər şey olur. Belə məğlubiyyətlərin əvəzini çıxmaq halları da.
 
- Hesab etmirsən ki, “Sperantsa”nın gücünü şişirtdik? Deyirdik ki, onlar yaxşı formadadı, çempionatları indi gərgin vaxtdadı, “Neftçi” isə hələ hazır deyil, ancaq bütün bunarın qarşılığında səfərdə 3:0 hesabıyla qələbə qazanırıq...
- Hesab etmirəm ki, rəqibin gücünü şişirtmişik. Onlrın formada olması həqiqətdi. Hər həftə oynayırlar. Mənim də səhvlərim çox oldu. Adətən belə vəziyyətlərdə səhv etmərəm. Topla olanda çox fikirləşməli olurdum ki, nəticədə itkiyə yol verirdim. Fikrimcə, oyun kondisiyalarının çatışmazlığı ilə bağlıdı. Bu, öz sözünü deyir.
 
- Bu qələbə "Neftçi"ni 2-ci mərhələyə yaxınlaşdırdı ki, orda Rusiya “Arsenal” artıq sizi gözləyir. Sənə vaxtilə Rusiya Premyer Liqasında çıxış etmiş futbolçu kimi komandaya qarşı oynamaq ikiqat xoş olacaq?
- Mənə maraqlı olacaq. Ancaq gəlin, əvəvlcə “Sperantsa”nı keçk. Bundan sonra artıq “Arsenal” haqda danışarıq.
 
- Bakıdakı cavab matçından nə gözləyirsən?
- Evdə daha çox hücum edəcəyik. Bir qədər fərqli futbol göstərəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30