29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Mərhələni adladığımızı düşünsək..."

Avropa Liqasının I təsniftat mərhələsinin ilk oyununda səfərdə “Sperantsa”ya (Moldova) qalib gələn (3:0) “Neftçi”nin baş məşqçisi Roberto Bordin görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
 
"Əlbəttə, nəticədən çox razıyam. Ancaq ən çox futbolçuların yeni mövsümdə ilk rəsmi matçda oyuna yanaşmasından razı qaldım. Motivasiyalı idilər. İlk dəqiqələrdən bunu göstərdilər. Mənim üçün əsas da budu. Mərhələni adladığımızı düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda cavab oyununa hazırlaşmaq üçün 1 həftə vaxtımız olacaq. Yaxşı hazırlaşmalıyıq".
 
- Asan qələbə oldu?
 
- İndi bəziləri belə düşünə bilər. Ancaq bu cür olmadı. Meydançanın vəziyyəti də yaxşı deyildi. İlk dəqiqələrdən komandaya tapşırmışdım ki, dominant tərəf biz olaq. Komanda bunun öhdəsindən gəldi. İlk hissə ərzində demək olar ki, rəqibə hücum imkanı yaratmadıq.
 
- Adətən səfər komandaları müdafiə futbolu oynayır. Ancaq sizin komandanız daha çox hücum edirdi. Bu, rəqibi yaxşı tanımağınızdan irəli gəlirdi, yoxsa komandanıza çox əmin idiz?
 
- Ona görə hücum futbolu seçdim ki, futbolçuların xarakteristikası buna daha uyğun idi. Bunun Moldova çempionatını yaxşı tanımağımla əlaqəsi yoxdu. Sadəcə, komandama inanırdım və yetirmələrim verilən tapşırıqları düzgün yerinə yetirdilər.
 
- Rəhman Hacıyev sonradan meydana çıxıb qol vurdu. Onu yenidən komandanın liderlərindən biri kimi görə bilərikmi?
 
- Rəhmanla yanaşı digər meydana sonradan çıxan futbolçuları da qeyd etmək lazımdı. Hamı yaxşı oyun göstərdi. Bizdə yüksək səviyyəli futbolçular var. Heyətdə rotasiyalar ola bilər.
 
- “Neftçi” çoxdandı avrokuboklarda belə inamlı qələbə qazanmırdı. Bu fakt sizin üçün nə dərəcədə önəmlidi?
 
- Böyük hesablı qələbə qazandıq nəticə vacibdi. Ancaq daha önəmlisi futbolçuların istəyidi. Buna görə çox şadam. Qarşıda 1 həftə var, cavab oyununa hazırlaşacağıq.
 
- Gənc futbolçu İsmayıl Zülfüqarlıya debüt imkanı yaratdız. Bu hesabın böyüklüyünün verdiyi rahatlıq idi, yoxsa onu tez-tez meydanda görəcəyik?
 
- Çox yaxşı gənc futbolçudu. Komandada digər belə futbolçular da var. Hər biri bizim üçün çox vacibdi. Əlbəttə, oyunun hesabına görə ona debüt imkanı yaratdıq. Növbəti matçlarda yenə gənclərə şans verə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31