23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sənan Qurbanov: “İlk matça nisbətən daha çox səhv buraxdıq”

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, görüşdən sonra (1:3) “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov oyun barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi. Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar. İyulun 17-də son matçımız olacaq. Çalışacağıq ki, tam heyətlə oynayaq.

Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30