28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” "Vorskla"ya uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxıb. Təmsilçimiz Ukraynanın “Vorskla” klubu ilə görüşüb.

41-ci dəqiqədə Sənan Qurbanovun komandası hesabda önə keçib. 3 dəqiqə sonra rəqib status-kvonu bərpa edib.

İkinci hissənin əvvəlində “Vorskla” ikinci qol vurub. Az sonra “Qəbələ” hesabda tarazlıq yaratmağa çox yaxın olub. Lakin təmsilçimiz penaltidən yararlana bilməyib. Son yaxın daha 1 qol vuran Ukrayna klubu meydanı qələbə ilə tərk edib.

Yoxlama oyunu

11 iyul

“Qəbələ” (Azərbaycan) - “Vorskla” (Ukrayna) 1:3

Qollar: Ülvi İsgəndərli, 41 (1:0), Petroviç, 44 (1:1), 57 (1:2), 81 (1:3)

Bolu. “Koru” otelinin meydançası

“Qəbələ”nin start heyəti: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31