20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA-nın vitse-prezidenti: "Qarabağ" erməni təxribatından çəkinməməlidir"

"Qarabağ" Futbol Klubu Almaniyada ermənilərin ehtimal olunan təxribatından çəkinməli deyil. Bu barədə Trend-ə AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.
Qeyd edək ki, ötən gün Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi məlumat göndərərək "Qarabağ" Futbol Klubu ilə Almaniyanın "Ayntraxt" klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Mədəniyyət Evi bununla bağlı "Qarabağ" Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.
R.Əliyev qeyd edib ki, müvafiq səviyyələrdə bu məsələ ilə bağlı müvafiq işlər görülür. "Eləcə də Berlində yerləşən Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzindən müvafiq zənglər olub. Digər tərəfdən Almaniyada təhsil alan tələbələr də bu təxribatın qarşısını alacaqlar. Biz "Qarabağı" tək qoymayacağıq, hamımız onlarlayıq".
Qeyd edək ki, Avropa Liqasının "pley-off" mərhələsində Ağdamın "Qarabağ" klubu Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də Azərbaycanda, cavab oyunu isə bir həftə sonra Almaniyada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30