20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Bordin: "Əvvəlki səhvlərdən nəticə çıxarmağa çalışırıq"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində sabah Moldovada “Sperantsa”ya qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
 
"Bir müddət sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Burada “Şerif”lə çox uğurlu vaxtlarım olub. Bizi güclü rəqib gözləyir. Bunu dərk edirik. Ona görə də daha erkən gəldik ki, yaxşı uyğunlaşaq və hazırlaşaq".
 
- “Sperantsa”nın prezidenti deyib ki, “Neftçi”ylə fərqimiz onların neft, bizim isə pomidor satmağımızdı. Bu fikrə münasibətiniz necədi?
 
- Rəqib komandanın prezidentinin fikirlərinə konkret bir şərh verə bilmərəm. Deyərdim ki, bunun futbola heç bir dəxli yoxdu. Bura futbol oynamağa gəlmişik. Qarşımızda məqsəd var və buna çatmağa çalışacağıq. “Sperantsa” da eyni məqsəd üçün meydana çıxacaq.
 
- Baqali Dabo və Soni Mustivarın olmaması komandanın oyununa necə təsir edəcək?
 
- Onlar təlim-məşq toplanışının ilk günlərindən bizimlə birgə deyildi. Komandanı onlarsız hazırlamışıq. Dabonun əvəzinə çox keyfiyyətli hücumçu Monrozu transfer etmişik. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçulara sahibik. Buna görə də düşünmürəm ki, oyunumuza ciddi təsir etsin.
 
- İkinci dəfədi ki, “Neftçi”ni Avropa Liqası oyununa çıxarırsız. İlk cəhddəki uğursuzluğun olmaması üçün komandanı necə kökləmisiz?
 
- Əvvəlki səhvlərdən nəticə çıxarmağa çalışırıq. Komandanı yaxşı kökləmişik. Rəqibin fiziki durumu bizdən daha yaxşı ola bilər. Çünki Moldovada çempionat davam edir. Ancaq biz də son 1 ayda yaxşı hazırlaşmışıq.
 
- Yeni futbolçularınız var. Onların komandada ilk oyununun səfərdə olması sizin üçün üstünlükdü?
 
- Onlar komandaya yaxşı uyğunlaşdılar. Çalışacaqlar ki, özlərini yaxşı tərəfdən göstərib gözləntiləri doğrultsunlar. Ev və ya səfər oyunu olmasının fərqi yoxdu. Avropa Liqası matçı olması onlar üçün böyük motivasiyadı.
 
- Səfər matçında hansı nəticə sizi qane edəcək?
 
- Məğlıub olmamaq. Bura qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdı ki, avrokubok görüşləri iki matçdan ibarətdi.
 
- Bordin amili “Neftçi” üçün üstünlükdü, yoxsa sizi yaxşı tanıyan rəqib komanda üçün?
 
- Rəqib komandanın baş məşqçisini də, futbolçularını da yaxşı tanıyıram. Onların üstünlüyü bu ola bilər ki, ev matçında oynadıqlarından daha yaxşı pressinq edəcəklər və ilk dəqiqələrdən hücuma atılacaqlar. Ancaq biz də çalışacağıq ki, buna imkan verməyək və Bakıya sərfəli nəticə ilə qayıdaq.
 
- “Forza Neftçi”nin bir neçə üzvü Bakıdan avtobusla bura gəlib. Onlara sözünüz nədir?
 
- Hər oyun olduğu kimi gözəl oyun göstərməyə, qələbə qazanmağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq. İnanıram ki, matçın sonunda hamımız birlikdə yaxşı nəticəni qeyd edəcəyik. Azarkeşlər hər zaman yanımızdadılar, bizi dəstəkləyirlər. Bu da bizə kömək olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30