23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Alban Hoca: "Qarabağ" daha üstündü"

"Komandamız “Qarabağ”la oyuna hazırdı. Üç həftədi yeni mövsümə hazırlaşırıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Partizani”nin kapitanı Alban Hoca Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la keçiriləcək oyun haqda deyib.
 
32 yaşlı qapıçı Ağdam klubu haqda ehtiyatlı danışıb. O, indiyə qədər belə güclü rəqiblə qarşılaşmadıqlarını bildirib: “Yaxşı komandamız var. Rəqiblə başabaş mübarizə aparmağa çalışacağıq. Ev oyununda yaxşı nəticə qazanacağımıza ümid edirəm. Çempionlar Liqasında bütün komandalar güclüdür. Amma “Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan daha üstündü. Bu qrafiklə yayda oynamaq çətindi. Amma mübarizə aparmalıyıq. Yaxşı ki, oyun günü  havanın nisbətən sərin olacağı proqnozlaşdırılır. İsti havada maksimum qüvvə sərf etmək olmur. Görüşün şam yeməyindən sonra keçirilməsi yaxşı olardı. Son vaxtlar çox qol buraxmağımız oynadığımız oyuna görə deyil. Bir az diqqətsizliyin acısını çəkirik. Bunu aradan qaldıracağıq". 
 
"Rəqibi məşqçimiz təhlil edərək bizə güclü və zəif tərəflərini deyib" - deyə, Alban Hoca fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30