25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Franko Lerda: "Qarabağ"ı tanıyırıq"

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ı qəbul edəcək Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının supersport.al-a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis mətbuat konfransında suallara cavab verib. 51 yaşlı mütəxəssis start heyəti və taktiki gedişi müəyyən etmədiyini deyib:
 
"Ağlımda hansısa fikir var. Son dəqiqəyə kimi bəzi şübhələrim ola bilər. Necə oynayacağımızı çox az bilirəm, ya da heç bilmirəm. Lyorents Traşi oynayacaqmı? O komandamızın bir parçasıdır. O, bu oyunda oynayacaq. Hücumçumuz çoxdur, amma hamısı hazır deyil. Çünki fiziki cəhətdən çatışmazlıq var. Eneo Bitrinin də oynamaq şansı olacaq. Gənc futbolçular start heyətdə oyuna başlamasalar, gələcəkdə başqa matçlarda çıxış edəcəklər".
 
- "Partizani"nin güclü nöqtəsi nədi?
 
- Biz güclü komandayıq. Son ölkə çempionu olmuşuq. Bu, bizim üçün qürur qaynağıdır. "Qarabağ" zəif nöqtələrimizi tapmalıdır. Komandamızda tanınmış futbolçular var. Üç həftə dayanmadan məşqlər etmişik və oyuna hazır vəziyyətdə çıxacağıq.
 
- "Qarabağ"ın zəif nöqtəsi nədir ki?
 
- "Qarabağ"ı birdən çox izləmişəm, onları tanıyırıq. Çox güclü olduqlarını bilirik. Ardıcıl 6 dəfə ölkə çempionu olublar. Meydanın mərkəzində keyfiyyətli futbolçuları var. Braziliyalı, ispaniyalı futbolçuları güclüdür. "Qarabağ"a hörmət edirik, ancaq özümüzə də güvənirik. 
 
- Sürpriz gerçəkləşə bilər?
 
- İlk oyunu izləyək, sonra balanlaşdıracağıq. Hər şey oyunun gedişindən asılı olacaq. Sabah çox vacib oyundur. İlk oyunda yaxşı nəticə qazanmaq vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30