28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"la oyunda var gücüzümü qoyacağıq"

"Sloveniyada yaxşı hazırlıq keçdik. Komanda düzgün yoldadır. Düşünürəm ki, "Qarabağ"la ilk oyunda var gücümüzü ortaya qoyacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Bruno Teluşi yerli mətbuata müsahibəsində deyib.
 
Komandasının Sloveniyadakı hazırlıq prosesini dəyərləndirən albaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Tiranada "Qarabağ"la keçirəcəkləri oyun haqda da danışıb. 28 yaşlı oyunçu yeni transferlərin Azərbaycan təmsilçisi ilə görüşdə onlara kömək edəcəyinə inandığını bildirib:
 
"Bu yay komandanı bir çox futbolçu tərk etdi. Amma yeniləri də gəldi. Ümid edirəm ki, onlar bura komanda üçün ən yaxşısını etməyə gəliblər. İnanıram ki, sabahkı matçda bizə kömək edəcəklər".
 
Telyuşi "Qarabağ"la oyun öncəsi öz azarkeşlərinə də səslənib: "İstərdim ki, mövsüm ərzində göstərdikləri dəstəyi sabah da bizdən əsirgəməsinlər. Möhtəşəm azarkeşlərimiz var. Daim stadiona gəlir və bizi dəstəkləyirlər. Biz də onları öz oyunumuzla sevindirməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31