19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Sənan Qurbanov: "Oyunçularda istək hiss olunur"

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununda Ukraynanın “Mariupol” klubuna 2:1 hesabı ilə qalib gəlib.
 
Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov görüş və hazırlığın arxada qalan hissəsi barədə fikirlərini açıqlayıb: 
 
“Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidir. Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur”.
 
Qurbanov ilk oyununu keçirən yeni transfer Merab Qiqaurinin çıxışından və komandanın meydanda özünü yaxşı tərəfdən göstərməsindən də razı qalıb: “Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudur. Bu gün meydanda yaxşı hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da komandanın əhval-ruhiyyəsi üçün yaxşıdır. Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna Premyer Liqasında mübarizə aparan çox ciddi komandadır. Futbolçular yaxşı əzmkarlıq göstərdilər. Xarakter nümayiş etdirdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30