16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Skaralatake: "Bakıda "Krayova"nın başı bəlada olacaq"

"Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake açıqlama verib.
 
Futbolxeber.az saytının fanatik.ro-ya istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində  Rumıniyanın "Krayova" klubu ilə "Səbail"in üz-üzə gələcəyi oyunlar barədə danışıb. Skarlatake "Krayova" üçün asan olmayacağını deyib:
 
"Səbail" yaxşı komandadır. Hücum xəttində güclüdürlər. Sağ cinahda sürətli futbolçuları var. "Krayova" üçün asan rəqib deyil. Elə də çox azarkeşləri olmadığı üçün evdə və ya səfərdə oynamağın onlar üçün fərqi yoxdur. Bakıda hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə, oyun vaxtı çox isti olacaq. Süni ot örtüyü olduğu üçün çətindir. Fikrimcə, şanslar hələ bərabərdir. "Krayova" üçün "Səbail" səddi çətin olacaq. Bu komanda avrokuboklarda debüt edir. Təcrübəsi olmayan yeni kubdur. Ancaq Bakıda "Krayova"nın başı bəlada olacaq. İsti havanı və ot örtüyünü də nəzərə almaq lazımdır. Oyunu izləyəcəm. Ümid edirəm ki, "Krayova"nın məşqinə də baş çəkəcəm".
 
32 yaşlı futbolçu yayda Rumıniyadan iki təklif aldığını, ancaq "Zirə"də qalmağa qərar verdiyini deyib: "Rumıniyadan iki təklifim var idi. Ancaq Azərbaycanda qalmağa qərar verdim. Burada sabitliyim var, özümü yaxşı hiss edirəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30