29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Qəbələ"də afrikalı hücumçu

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
 
1991-ci ildə Abican şəhərində anadan olan Kristian futbol həyatına "Toumodi" klubunda başlayıb. O, 2007-ci ildə "Anderlext" Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə "Anderlext"dən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian fransızların diqqətini çəkib və Fransanın "Tur" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada "Kan" və "Nim Olimpik" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.



Ad: barat ehmedov;   E-mail: ---

05.07.2019 11:12

bu oyncuya gore qebele mukemel oyun yaradacaq
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31