18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA-dan Miçelin milliləşdirilməsi məsələyə münasibət

İspaniyanın La Nueva Espana nəşri "Qarabağ"ın futbolçusu Miçelin milliləşdiriləcəyi ilə bağlı məlumat yaymışdı.

Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı həmkarlarımız 33 yaşlı futbolçunun Azərbaycan millisindəki mümkün çıxışı barədə yazıb. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla mətbuata açıqlamasında məsələ haqda danışıb.

O, Miçelin milliləşdirilməsi barədə yayılan xəbərləri təkzib edib: "Miçel Azərbaycan vətəndaşlığı almaq üçün qanunvericilikdə tələb olunan şərtlərdən birinə uyğun gələ bilər. Bu da Azərbaycanda 5 il yaşamaq məsələsidir. Ancaq ispaniyalı futbolçu 2015-ci ildən ölkəmizdə çıxış edir. Yəni hazırda belə bir şey mümkün deyil.

Digər tərəfdən, hansısa futbolçunun milliləşdirilməsi üçün ilk növbədə baş məşqçinin istəyi və oyunçunun razılığı olmalıdır. Yalnız bundan sonra AFFA FIFA-nın qaydalarına uyğun olaraq, milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Hazırda Miçellə bağlı belə bir məsələ müzakirə mövzusu deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30