23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aftandil Hacıyev: "Futbolçular daha intizamlı və diqqətli oynadılar"

“Növbəti yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı üçüncü oyunumuzda rəqibimiz Rumıniya komandası idi. UEFA Avropa Liqasında da rəqibimiz Rumıniya təmsilçisi olduğuna görə, bizim üçün bu komanda ilə oynamaq böyük əhəmiyyət kəsb edirdi. Rəqibimiz mübariz, təcrübəli bir komanda idi. Hətta heyətlərində bizim çempionatdakı “Zirə”dən Gabriel Matei və “Neftçi”dən Derlis Meza Kollini də görə bilərik. Düşünürəm ki, maraqlı oyun alındı".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində "Klinçeni" (Rumıniya) klubu ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
 
Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, hələ futbolçuları tam hazır deyil: "Lakin çalışırıq ki, hər bir futbolçuya fərdi yanaşaq. Onların fiziki durumunu balanslaşdırmaq üçün müəyyən dəqiqələrə bölmüşük. Yeni futbolçularımızdan Mirabdulla və Eriko bu oyunda heyətdə yer almışdılar. Bundan sonra çalışacağıq ki, komandanı iyulun 11-də keçirəcəyimiz oyuna formalaşdıraq. Bu oyunda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30