20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Oynamağı bacarmayan birini nə qədər "tapşırsan" da, mümkün deyil"

Karyerasını başa vurduğunu açıqlayan Nicat Qurbanov Futbolxeber.az saytına müsahibə verib. “Neftçi” yetirməsi olan Qurbanov erkən yaşda karyerasını başa vurmaq qərarını almağı haqda danışıb:
 
- Karyeranı başa vurduğunu açıqlamışdın. Maraqlıdı, niyə bu qərarı qəbul etdin?
 
- Heç kim istəməz ki, karyerasını belə tez başa vursun. Sadəcə məcbur qalıb belə qərar verdim. Təkliflərin olmaması bu qərarı verməyimə məcbur elədi.
 
- “Sumqayıt” sənə yeni müqavilə təklif etmədi?
 
- Xeyr, “Sumqayıt”la heç danışıq olmadı.
 
- Hələ ki, “transfer pəncərəsi” bağlanmayıb. Bəlkə gözləsən təklif gələrdi?
 
- Üç klubla danışıqlar aparırdım. Amma sonda heç biri alınmadı.
 
- Erkən qərar verdiyini düşünmürsən? Təklif gəlsə, qərarını dəyişəcəksən?
 
- Bu qərarı verməyimdə, klublardan aldığım cavablar məcbur elədi. Heç kimlə danışmayıb qərar versəydim sizlə razı olardım. Əlbəttə ki, oynamağa davam edəcəm. Sadəcə hələ sakitçilikdi.
 
- Ölkə xaricinə yollanmaq imkanın necə, heç olmayıb? 
 
- Fiziki durumumda heç bir problem yoxdu. Həftədə 3-4 dəfə mini futbol oynayıram. Xaricə getmək variantını indi fikirləşirəm. Görək də necə olacaq.
 
- Bir vaxtlar “Neftçi”də də oynamısan. Necə düşünürsən, nəyə görə “Neftçi”də əsas heyətdə qalıcı ola bilmədin? Klub seçimlərində səhv etdiyini düşünümürsənki?
 
- Düzdü, “Neftçi”nin çempionluğa oynayan vaxtlarında orada olmuşam. Ancaq karyeramın ən uğurlu vaxtı “Simurq”da olub. İki il yarım Zaqatala klubunda oynamışam. Düşünmürəm ki, seçimlərim yalnış olub. Getdiyim hər yerdə özümü göstərə bilmişəm.
 
- Tez-tez deyirlərki, Azərbaycanda oynamaq üçün “day-day”ın olmalıdı. Sən də belə düşünürsən?
 
- “Day-day”dan əlavə gərək futbol bacarığın olsun. Oynamağı bacarmayan birini nə qədər də "tapşırsan" mümkün deyil. Hansısa mərhələdə bəlkə də tanışların olmağı yaxşı haldı.
 
- Ayxan Abbasovun yeni mövsüm üçün heyətində özünə necə yer tapa bilmədin? Onunla heç söhbətin olmamışdı?
 
- Bu suala Ayxan müəllimin özü cavab versə daha yaxşıdı. Mövsüm bitəndən sonra söhbətimiz olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30