29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır...”

"Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Voislav Stankoviç klub televiziyasına müsahibəsində deyib. "Neftçi”yə keçidindən danışan serbiyalı müdafiəçi təlim-məşq toplanışını dəyərləndirib:

"Mənimlə yanaşı, buradakı hər bir futbolçu "Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir.

Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq".

Serbiyalı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə keçirəcəkləri oyuna da toxunub: "Sperantsa" haqda məlumatımız var. Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq".

Təcrübəli müdafiəçi "Neftçi" azarkeşlərindən də söz açıb: "Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacağam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. "Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31