25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Simeon Slavçev: "Çempionlar Liqasının qrupuna düşmək istəyirik"

Bolqarıstanın "Ludoqorets" klubuna yoxlama görüşündə 0:2 hesabı ilə uduzan "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev "Diema Sport" kanalına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, bolqarıstanlı futbolçu oyunla bağlı danışıb:
 
"Maraqlı oyun keçdi. Uduzsaq da, bu önəm daşımır. İlk yoxlama görüşümüzü keçirdik. Fiziki güc toplamada daha vacib idi. ÇL-in I təsnifat mərhələsindəki oyunumuza qədər 3 yoxlama görüşü keçirəcəyik. İstəkli olmaq normaldır. Hamı ilk 11-likdə yer almaq istəyir. Hamı bütünü gücünü meydana qoymağa çalışır. Adi yoxlama görüşü olmadı, keyfiyyətli matç alındı."Ludoqorets" əla oynadı. Təsadüfən çempion olmadıqlarını göstərdilər. Onların güclü futbolçuları var".
 
25 yaşlı oyunçu avrokuboklardakı hədəfləri barədə bunları deyib:
 
"Hədəflər yüksəkdir. Çempionlar Liqası, ən pis halda Avropa Liqasının qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Belə nəticələr gözləmək normaldır".
 
Slavçev "Qarabağ"dan ayrılmaq istəmədiyini sözlərinə əlavə edib: "Ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada adımdan söz etdirmək üçün mübarizə aparıram. "Sportinq" və "Bolton"da oynamaq imkanım olsa da, həmin klublarda möhkəmlənmədim. Uğursuz anlarım oldu. Hazırda dəyişiklik etməyi düşünmürəm və öz oyunuma köklənmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30