19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Benites: "AZAL-ı məğlub etməyə çalışmalıyıq"

"İnter"in ispaniyalı müdafiəçisi İvan Alexandro Benites klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- “İnter”ə keçidiniz necə alındı?

- Ötən mövsümün başa çatmasından sonra şəraiti dəyişmək istədim. Sonra “İnter”dən təklim aldım və həvəslə qəbul etdim. Etiraf edim ki, “İnter” karyeramda yeni mərhələdir və komandanın uğuru üçün bütün gücümü sərf etməyə çalışacağam.

- “İnter”ə gəlməmişdən öncə Azərbaycan futbolu haqqında hansı məlumatlara malik idiniz?

- Səmimi desəm, bu ölkəyə gəlməmişdən əvvəl Azərbaycan çempionatı barədə məlumata malik deyildim. Ancaq Kipr çempionatında oynamış və hazırda  “Bakı”nın ispaniyalı futbolçusu Mario Martinez Rubio bu məsələdə mənə çox kömək etdi. O dedi ki, burada bir çox güclü komandalar var və yerli çempionat kifayət qədər yaxşı səviyyədədir.

- Azərbaycanda yeni mövsüm bir neçə həftə öncə başlayıb. Ötən müddət ərzində çempionat sizdə hansı təəssüratları oyatdı?

- Biz iki güclü komandayla iki qarşılaşma keçirdik. Təəssüflər olsun ki, bu matçlarda yaxşı nəticə əldə edə bilmədik. Bütün komandalar yalnız uğura köklənib, çempionat böyük rəqabətliyə malikdir. Bizə bu mövsüm asan olmayacaq, ancaq var gücümüzlə məşq edəcəyik və düşünürəm ki, bizim səylərimiz bəhrəsini verəcək.

- Yəqin qohumlarınız və dostlarınız sizdən Azərbaycan haqqında  soruşurlar. Maraqlıdır, bizim ölkəni necə təsvir etdiniz?

- Dedim ki, burada hər şey xoşuma gəlir. Etiraf edirəm, mənə elə gəlir ki, burada artıq çoxdandır yaşayıram. Bakı-çox gözəl şəhərdir, burada çox maraqlıdır. Ailəm və dostlarım mənə görə çox şaddırlar.

- Qarşıda komandanı AZAL ilə oyun gözləyir. Baş tutacaq matç haqqqında nə deyə bilərsiniz? Rəqib haqqında hansı məlumatlara maliksiniz?

- Bu günlərdə komandayla birlikdə rəqibimizin qalib gəldiyi AZAL - Bakı matçını seyr etdik. Etiraf edim ki, AZAL məndə yaxşı təəssürat oyatdı. Düşünürəm ki, onlar bizə çətinliklər yaratmaq istəyəcəklər, lakin biz buna hazır olmalıyıq. “İnter” hər matçda meydana qalib gəlmək məqsədilə çıxır. Bu oyunu udmağa və ilk üç xalı qazanmağa çalışmalıyıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30