20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ" "Ştutqart"dan oyunçu alır?

“Neftçi”nin sabiq müdafiəçisi Ailton Silva karyerasını “Qarabağ”da davam etdirə bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı braziliyalı sol cinah müdafiəçisi özü “Qarabağ”da oynamağa razılıq verib.
 
Hazırda danışıqlar futbolçunun müqavilə ilə məxsus olduğu “Ştutqart” ilə davam etdirilir. Almanlarla da razılıq əldə edilsə, o zaman Ailton yaxın vaxtlarda “Qarabağ”la müqavilə imzalayacaq.
 
“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib.
 
“Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub (qol.az). 
 
2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30