23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mirabdulla Abbasov “Neftçi”ni məhkəməyə verir

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubu məhkəməyə verməyə hazırlaşır.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu futbolçunun meneceri Tural Əsgərov "Futbol+” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, futbolçu "Neftçi"dən ayrılmaq istəsə də, klub onu buraxmır. Əsgərov bu səbəbdən məhkəməyə müracitə etmək istədiklərini bildirib:
 
"Təəssüf ki, Mirabdullanın işi ilə bağlı konkret açıqlama verə bilməyəcəm.  Onu deyə bilərəm ki, "Neftçi” müqavilədəki bəndə əməl edib Abbasovu buraxmaq istəmir. Bununla bağlı danışıqlar gedir. Bizim də qarşımızda iki yol var. Ya məhkəməyə müraciət edib, bu yolla məsələni çözməliyik, ya da çalışacağıq ki, danışıqlar yolu ilə problemi həll edək. İndi də Mirabdulla daha çox "Neftçi”dən getmək istəyindədir. Orda qalmaq niyyətində deyil. Amma yenə də danışıqlar olacaq. Sonucun necə olacağını deyə bilmərəm. Ola bilər, yaxın günlərdə bilinsin”.
 
Maraqlıdır, "Neftçi”nin konkret tələbi nədir? Klub futbolçunu daha artıq pula satmaq fikdindədi, yoxsa ümumiyyətlə, göndərmək istəmir? Tural Əsgərov deyib: "Bununla bağlı konkret bir şey demirlər, odur ki, yalançı olmaq istəmirəm. Ancaq onların davranışından belə başa düşürəm ki, ümumiyyətlə, satmaqda maraqlı deyillər. Baxmayaraq ki, özləri də onu kifayət qədər oynatmırlar. Hər "pəncərə”də Mirabdullanın alternativi olan bir, bəzən iki oyunçu alınır. Ancaq Abbasovu da buraxmaq niyyəti güdmürlər”.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30