25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şeydayevin transfer qiyməti açıqlandı

"Transfermarkt" Rusiya Premyer Liqasında çıxış edən klubların heyətinin dəyərini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"un dəyəri 23,30 milyon avrodur. Şeydayevin transfer qiyməti 200 min avro artaraq, 1 milyon 200 min avro olub.
 
Samara təmsilçisinin ən bahalı oyunçusu rusiyaı forvard Maksim Kanunnikovdur (2,5 milyon avro).
 
Ən bahalı heyətə "Zenit" məxsusdur (169,30 milyon avro). ÇSKA 2-ci (137,05 milyon avro), "Lokomotiv" 3-cüdür (109,8 milyon avro).
 
Premyer Liqada çıxış edən bahalı futbolçu ÇSKA-nın müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rusiyalı futbolçunun dəyəri 30 milyon avrodu. Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümdən "Krılya Sovetov"da çıxış edir. Ramilin klubu ilə müqaviləsi başa çatıb və bir neçə Rusiya klubundan təklif alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30