20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Səbail"in qapıçısı: "Azərbaycanda futbola xüsusi sevgi yoxdu"

"Azərbaycanda hər şey var. Amma futbola çox az adam gəlir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in qapıçısı Aleksandr Rıbka deyib.
 
Hazırda Ukraynada olan qolkiper ölkəsində "Bombardir" "yutub" kanalına geniş müsahibə verib. Bir çox məqama toxunan Rıbka Azərbaycan futbolundakı əsas problemlərdən biri olan azarkeşlərin stadiona gəlməməsindən də söz açıb. O, bunu Premyer Liqa oyunlarının əksəriyyətinin Bakıda keçirilməsi ilə əlaqələndirib:
 
"Orta səviyyəli komandaların oyunlarında maksimum 1000 nəfər olur. Açığı, statistikanı elə də izləmirəm. 
Onu deyə bilərəm ki, azarkeş sayı bizdəkindən azdır. Vəziyyəti dəyişmək üçün cəhd edirlər. Amma insanlarda futbola xüsusi sevgi yoxdur. Bunun da səbəbi, Qəbələ istisna olmaqla, çempionatın demək olar ki, bir şəhərdə keçirilməsidir. Hə, bir də Sumqayıtın komandası var. Bu şəhər isə Bakıda 40 km aralıda yerləşir. Maşınla yarım saata çatmaq olur".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30