25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” "Vorskla"yla qarşılaşacaq

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Futbolxeber.az-ın klubun “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, gündə iki dəfə məşq edən komandanın düşərgəsinə bu gün yeni transfer Voislav Stankoviç də qoşulub.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. “Ağ-qaralar” iyunun 15-i səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30