25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Aleksandr Çertoqanov: "Onun oyununu mən mühakimə edəsi deyiləm"

“Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan yığmasının Portuqaliya ilə oyunu necə təsir bağışladı? 
- Azərbaycan yığması doğma meydanda daha inamlı təsir bağışlayır və martın 22-də Lüksemburqla səfər oyunundakı ilə müqayisədə daha yaxşı görünürdü. Komanda ilk hissədə yaxşı oynadı və hətta qol vurmaq üçün bir neçə imkan əldə etdi. İkinci hissədə isə daha ağır oldu.

- Buna səbəb nə idi? 
- Azərbaycanlı futbolçuların oyununa 55-ci dəqiqədə Rauf Əliyevin meydandan kənarlaşdırılması mənfi təsir etdi. Mənə elə gəlir ki, matçın baş hakimi Andre Marriner belə sərt addım atmamalı idi. O, azərbaycanlı futbolçunun qayda pozuntusuna belə birmənalı reaksiya verməyə də bilərdi. Nəticədə 0:2 hesabı ilə uduzduq. Lakin qrup mərhələsinin son matçınadək mübarizə aparacağıq.

- Vladimir Levin pis oynamadı ki? 
- Həmyerlimin oyununu mən mühakimə edəsi deyiləm. O, meydana 62-ci dəqiqədə daxil oldu. Çalışdı, pis oynamadı.

- Artıq millidə neçənci oyundur meydana çıxmamağınız nə ilə bağlıdı? 
- Bunun səbəbi zədədir. Əzələmi qırmışdım. Bu üzdən 1 aya yaxın məşq də etmədim. Yalnız indi fərdi hazırlıqlara başlamışam. Çalışıram ki, əvvəlki durumumu tezliklə bərpa edim. Şərəfini qoruduğum “Qəbələ”də əvvəlki oyunumu göstərəcəyəm. Ümid edirəm ki, millimizin baş məşqçisi Berti Foqts bundan sonra məni yenə də yığmaya çağıracaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30