23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Yakub Jezniçak: "Qarabağ"da özümü əla hiss edirdim"

"Özümə də maraqlı idi ki, görəsən, karyeramı bitirim, yoxsa oynamağa davam edim. Çünki futbolla bağlı başqa maraqlı təkliflərim var idi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında deyib. "Visla" (Plok) klubu ilə müqavilə bağlayan 32 yaşlı müdafiəçi sabiq klubu "Legiya"ya qayıtmamasının səbəbini açıqlayıb: "Mənim də ümidim var idi ki, yenidən "Legiya"da oynayacağam. Məsələ 50/50-yə idi. Mən istəyirdim, görünür, onlar istəmədilər (gülür)". Çoxları düşünürdü ki, yanlış seçim etmişəm və Azərbaycan futbolunda heç nə yoxdu. Amma reallıq göstərdi ki, orada vəziyyət daha yaxşıdı. "Qarabağ"da özümü əla hiss edirdim".
 
Jezniçak 2 illik "Qarabağ" karyerasından sonra futbolla vidalaşmaq istədiyini də istisna etməyib: "Azərbaycandan Polşaya qayıtdıqdan sonra karyeramı bitirmək barədə ciddi fikirləşirdim. Ancaq veteran futbolçularla söhbətlər məni fikrimdən daşındırdı. Onlar deyirlər ki, bacardığın qədər oyna, çünki bir də bu hissləri yaşamayacaqsan".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30