25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Afrikalı futbolçu "Qarabağ"a keçir

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Eksteini transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.
 
Futbolxeber.az saytının "Soccer Laduma" nəşrinə istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçunun agenti Mxize Paleza açıqlamasında "Qarabağ"dan təklif aldıqlarını deyib:
 
"Eksteinə digər yerlərdən də təklif var. Klublardan biri müqavilə imzalamaq üçün ciddi maraq göstərdi. Gecələr belə oyunçunun təmsilçilərinə zəng edirlər. Klub Azərbaycanı təmsil edir. Ölkənin ən yaxşı komandasıdır. Söhbət Dino Ndlovunun keçmiş klubu "Qarabağ"dan gedir".
 
Cənubi afrikalı hücumameyilli futbolçu ilə ölkəsinin "Orlando Payrets" klubu da maraqlanır.
 
Hendrik Ekstein 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30