29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yurçeviç üzr istədi: "Böyük şok keçirdim"

AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:4 hesabı ilə məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:
 
- Bu nəticədən sonra danışmaq çətindir. Oyunu təhlil edəcəyik. Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq, kombinasiyalar təşkil etdik. Ancaq rəqib ilk hücuma qol vurdu. Hər qol barədə danışmaq istəmirəm. Əlimizdən gələni etmək istəyirdik. Şeydayevin qolundan sonra geri dönməyə çalışdıq. Ancaq hesab 1:4 olduqdan sonra oyun bitmişdi. Slovakiyada usta futbolçular var. Rəqibin heyətində Robert Makın transfer qiyməti 25 milyon avrodur. Bizim futbolçuların hamısını yığsaq, o dəyərdə deyil.
 
- Əvəzetmələri gec etmədinizmi?
- 1:5-dən sonra bu məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişikliklər etməyi düşünürdüm.
 
- Bu gün düşünmürsünüz ki, meydanda yalnız Ramil Şeydayev can qoyurdu?
- Bununla razılaşmıram. Şanslarımız oldu. 60-cı dəqiqədən sonra psixoloji cəhətdən oynamaq çətin oldu. Bu sualları normal qəbul edirəm.
 
- Beşinci qoldan sonra hansı hissləri keçirdiniz? Azarkeşlərdən üzr istəməlisinizmi?
- Beşinci qol mənə və komandaya şok oldu. Bu böyük yenilgiyə görə azarkeşlərdən üzr istəyirik.
 
- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu bildirdiniz. Ancaq Türkiyə dünya çempionu Fransanı məğlub edib. Meydanda avrolar, dollarlar, yox futbolçular oynayır. Bu gün yığma futbol adına nəsə göstərmədi. Bunu necə şərh edəcəksiniz?
- Bunu fakt kimi demək istədim. Slovakiyalı futbolçular güclü klublarda çıxış edir. Millətlər Liqasında Azərbaycan yığmasının ən böyük baş məşqçisi Qurban Qurbanov Maltaya qarşı çətinlik çəkmişdi. Rəqiblər güclüdür, əlimizdən gələni edirik, amma bu, bəzən kifayət etmir.
 
- Sonuncu dəfə Azərbaycan millisi 12 il öncə Serbiyaya 1:6 hesabı ilə uduzub. İndi yenə də darmadağın olduq. Buna görə xəcalət çəkirsiniz?
- Əlbəttə ki, utandırıcı yenilgidir.
 
- Səfər oyunlarında bizi daha ağır məğlubiyyətlər gözləyir?
- Böyük şok keçirdim. Belə oyundan sonra ancaq pis hisslər keçirə bilər. Hamınızı başa düşürəm. Belə rəqiblərlə oyunda xüsusi gücün olmalıdır. Futbol ani qərarların oyunudur. Hesab 2:3 olsaydı, belə məğlubiyyət olmayacaqdı
 
- 1:2, 1:3 və 1:5 hesabları ilə uduzmuşuq. Gələn oyun 1:6 hesabı ilə uduzacağımızı düşünə bilərik?
- İnanıram ki, növbəti oyunlarda böyük hesablı məğlubiyyət olmayacaq.
 
- Üç oyuna 10 qol buraxan komandanın düzəlməsi üçün nə qədər vaxta ehtiyacı var?
- Bu məğlubiyyətdən sonra suala cavab vermək çətindir. Bu oyun vacib idi, amma uduzduq. İnanıram ki, komanda yaxşı çıxış edə bilrə və buna inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31