29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Slovakiyalı futbolçu: "Qalib gəlsək? Bakı bizim üçün daha da gözəlləşəcək"

Slovakiya millisinin üzvü Milan Şkrinyar AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri görüş haqda danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, “İnter”in müdafiəçisi inamlı danışıb: “Biz havanın daha isti olacağını düşünürdük. Yerli havaya öyrəşməyin daha isti olacağını fikirləşirdik. Günorta isti olur, amma oyun günü axşam havanın xoş olacağını düşünürük. Ona görə bu barədə problemimiz olmayacaq. İsti ölkələrdə oynayacaqsınızsa, oraya iki gün əvvəl getmək daha əlverişlidi. Bu mənada adaptasiya yaxşı olur.
 
Azərbaycanın oyununu gördük. Bizi çətin rəqib gözləyir. Xorvatiya ilə görüşdə hətta Azərbaycan ilk qolu vurdu. Macarıstan yığması isə əsasən standart vəziyyətlərdən istifadə etdi. Azərbaycanla oyunda uğurlu nəticəyə inanırıq. Bizim üçün qələbə vacibdi. Öz futbolumuzu oynamalıyıq, topa sahib çıxmalıyıq. Erkən qol vurmaq lazımdı. Bunu etmək mümkün olmasa, rəqib daha da qapanacaq və çox çətin olacaq”.
 
"Mən hər oyunda oynaya bilərəm. Amma baş məşqçi İordaniya ilə matçda başalarına şans verməyi düzgün bildi. Buna hörmət etməliyəm. Bu mənada gücümü Azərbaycanla oyuna saxladım. Kimin ilk dəqiqələrdən meydana çıxacağını bilmirik. Baş məşqçi oyuna üç saat qalmış bunu bizə deyəcək. Amma biz hamımız hazırıq. Bakıda gəzdik, bəzi yerlərini gördük. Həqiqətən də gözəl şəhərdi. Bu cür olacağını gözləmirdim. Qalib gəlsək Bakı bizim üçün daha da gözəlləşəcək” - deyə, fikirlərini yekunlaşdırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31