23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Maksim Medvedev: "Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik"

"Macarıstanla oyunu artıq unutmuşuq. Səhvlərimizi analiz etmişik. Slovakiyanın gücü bəllidir. Buna baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. İnanırıq ki, sabah uğurlu nəticə əldə edəcəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin hazırkı kapitanı Maksim Medvedev Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə ev oyunu öncəsi deyib.
 
"Qarabağ"ın üzvü azarkeşlərdən dəstək istəyib: "Azarkeşlər həmişə gəlib bizi dəstəkləyirlər. Nəticə yaxşı olmayanda narazı qalırlar. Millinin uduzmasına səbəb tapmaq istəyirlər. Onların fitə basmaq və ya istefaya səsləməklə bağlı fikirləri futbolçulara təsir etməz. Çünki bunun oyunçulara aidiyyəti yoxdur. Ən azı bunun olmasını istəməzdim".
 
M.Medvedev indiyə qədər legioner həyatı yaşamamasına da aydınlıq gətirib: "Karyerama peşəkar səviyyədə 16 yaşda başlamışam. Bu isə yüksək liqa üçün böyük şansdır. Rasim Kara o vaxt şans verdi və bundan istifadə etdim. Sonradan başa düşdüm ki, "Qarabağ"dan niyə getməliyəm? Çünki burda əsas heyət üzvü idim və ildən-ilə "artırırdım". İndi gənclər yığmamız Lixtenşteynə uduzduğu üçün tənqid olunur. Fikir verin, onlar klublarında əsas heyətə düşə bilmirlər. Lixtenşteyn oyunçuları ildə 40-50 oyun keçirirlər. Bizim gənclər isə oyun praktikasından əziyyət çəkirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30