29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanla bağlı başqa planımız var və bunu hamı görəcək”

“Rəqibin müqavimət göstərəcəyini bilirdik. İlk hissə gözlədiyimiz kimi oldu. Müdafiədə müəyyən boşluqlar buraxdıq. Nəticədə əsəblərimizi cilovlamaqda çətinlik çəkdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Slovakiya seçməsinin baş məşqçisi Pavel Hapal yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Dünən İordaniyaya 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununu dəyərləndirən mütəxəssis ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib:

"İkinci hissə tamam fərqli alındı. Düşünürdük ki, rəqibin mütəvimətini qıra bilərik. Deyərdim ki, istəyimizə çatdıq. Gənclərin oyunu yaxşı mənada təəccübləndirdi. Fasilədən sonrakı dəyişikliklə topa daha çox nəzarət etməyə və sürəti artırmağa hesablanmışdı".

P. Hapal iyunun 11-də Bakıda millimizlə keçiriləcək oyuna da toxunub: "Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdır".

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31