25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"İmarət"in üzvü "Qarabağ"ın azarkeşlərinə səsləndi

"BİZƏ QARABAĞ DƏRDİNİ, QARABAĞ ACISINI AZ DA OLSA UNUTDURAN "QARABAĞ" HƏMİN "QARABAĞ" DEYİLMİ?"

"Qarabağ"ın fəal azarkeşlərindən olan Xaləddin Bayramov fanatlara səslənib. Ölkənin sayılıb-seçilən fan-klubu "İmarət"in fəal üzvlərindən biri olan Bayramov Futbolxeber.az saytına verdiyi açıqlamada azarkeşləri "Qarabağ"ı təkcə Avroliqa oyunlarında deyil, Premyer Liqa matçlarında da dəstəkləməyə çağırıb:

- Avropada bizi təmsil edən 4 komandamiz olsa, təəssüf ki, onlardan 3 bizləri sevindirmədi. İndi ümidimiz yalnız "Qarabağ"adır. Sevindirici haldır ki, Ağdam klubu hələ ki ümidləri doğruldur. "Qarabağ" Avroliqanın qrup mərhələsinə düşməyə çox yaxındır. Əminik ki, "Qarabağ" avqustun 22-də almanlarla oyunda çox gözəl oyun sərgiləməklə qələbə qazanacaq. Bundan öncə isə ayın 18-də "Xəzər Lənkəran"la ev oyunumuz var. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Komdamız qələbə qazanmaqla almanlar önünə yüksək-əhval ruhiyyədə çıxa bilər. Düzü, Avroliqa oyunlarında bizimlə birgə "Qarabağ"ı dəstəkləyən azarkeşlərin bəziləri çempionat matçlarını demək olar ki izləmirlər. Axı niyə? Bizə Qarabağ dərdini, Qarabağ acısını az da olsa unutduran "Qarabağ" həmin "Qarabağ" deyilmi? Harda olursa-olsun, "Qarabağ"ımızın arxasında olmalıyıq! Qəbələdə soyuqda, Zaqatalada qar yağanda, Gəncədə yağışda - bütün çətinliklərə baxmayaraq, komandamızı dəstəkləməliyik. Bütün "Qarabağ" sevərləri, komandamızın qələbəsinə sevinən hər kəsi "Xəzər Lənkəran"la oyuna dəvət edirəm. Gəlin, "Qarabağ"ımıza birgə dəstək olaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30