18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

İtaliya millisinin sabiq üzvü "Neftçi"də?

"Neftçi" Canluka Sansonedən sonra heyətinə daha bir italiyalı futbolçu qata bilər.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" Dieqo Fabbrini ilə yaxından maraqlanır.

Ötən yay transfer olduğu Rumıniyanın "Botoşani" klubu ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimə keçə bilər. Roberto Bordinin həmyerlisini "Neftçi"də görmək istədiyi iddia olunur. Eyni zamanda, Fabbrini ilə  "Qarabağ"ın da maraqlandığı bildirilir.

Qeyd edək ki, "Empoli"nin yetirməsi olan yarımmüdafiəçi müxtəlif vaxtlarda ölkəsində "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluol", "Birmingem", "Midlsbro" və İspaniyada "Real Ovyedo" kimi klubların formasını geyinib. Son olaraq, "Botoşani"də çıxış edən Fabbrini 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 12 dəfə İtalliyanın U-21 yığmasına çağırılan futbolçu bir dəfə də əsas millinin formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30