19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Bakıdakı finalın yüksək səviyyədə təşkil ediləcəyi şübhə doğurmamalıdır”

"Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə təşkil ediləcəyi heç kimdə şübhə doğurmamalıdır. Çünki Azərbaycan bu oyuna qədər bir sıra nüfuzlu yarışlara ev sahibliyi edib".

Bu sözləri futbol üzrə SSRİ yığmasının sabiq üzvü İvan Yaremçuk deyib.

Azərbaycanın dünyada idman dövləti kimi tanındığını vurğulayan sabiq futbolçu bildirib ki, ötən illərdə müasir stadionlar, idman qurğuları tikilib, mötəbər beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib.

“İdman azarkeşləri Bakıda özlərini həmişə təhlükəsiz hiss ediblər. Çünki Azərbaycanda ictimai sabitlik hökm sürür. Yadımdadır, ilk Avropa Oyunları zamanı turistlər Azərbaycandakı xidmətlərdən razılıq edirdilər. İnanıram ki, UEFA Avropa Liqasının final oyunu zamanı Bakıya gələcək azarkeşlər də özlərini rahat, güvəndə hiss edəcəklər”, - deyə ukraynalı əfsanəvi futbolçu bildirib.

İ.Yaremçuk imkanı daxilində UEFA Avropa Liqasının final oyununun Bakıda canlı izləyəcəyini də vurğulayıb.

Mənbə: “Azərtac”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30