25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azərbaycan çempionatları tarixində ilk dəfə

Azərbaycan Premyer Liqasının sonuncu -28-ci turu qonaqların üstünlüyü ilə keçib.

Futbolxeber.az saytının məlumatına görə, 4 matçdan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar.

Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Belə ki, çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldır ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə baxsaq, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən çox xal qazanıb. Üç komanda - “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfərdə 1-ci, “Neftçi” hər iki göstəricidə 2-ci olub (pfl.az).

 

     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30