20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Monroz üzr istədi: “Ağlıma gəlməzdi ki, adım belə biabırçılıqla hallanacaq”

"Qəbələ"nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının son turunda "Keşlə" ilə keçirilən oyunda etdiyi hərəkət barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, hakimin israrından sonra şortunu tam yuxarı qaldırdığını bildirib. Fransalı hücumçu etdiyi hərəkətə görə üzr də istəyib:

"Hakim elə bilirdi ki, lasini çıxarmamışam, sadəcə yuxarı yığmışam. O hər dəfə israr etdikcə, şortu bir qədər də yuxarı qaldırdım. İstəmədən xoşagəlməz olayla üz-üzə qaldım. Hamı bilsin ki, orda mənim hansısa pis niyyətim olmayıb. Ağlıma gəlməzdi ki, adım belə biabırçılıqla hallanacaq. Ani yaşanan hal idi. Kimsə bunu özünə qarşı tərbiyəsizlik, azarkeşlərə hörmətsizlik kimi qəbul edirsə, bütün Azərbaycandan üzr istəyirəm. Başverənlərə görə çox üzgünəm. Tanıyanlar bilir ki, heç vaxt o cür əxlaqsız hərəkət etmərəm. Azərbaycanda olduğum müddətdə kimsə məndən artıq-əskik hərəkət görüb? Ola bilməz, tərbiyəm buna imkan verməz. Hər şey hakimin dönə-dönə israrı və ani diqqətsizlik üzündən baş verdi" (Futbol+).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30