19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Milan”, “Çelsi”, “Mançester Siti” və “Ayaks”la bir turnirdə

"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5-dən 7-dək Türkiyədə təşkil olunacaq ənənəvi “İzmir Cup”da qüvvəsini sınayacaq.

“Milan”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Ayaks” (Hollandiya), “Porto” (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” G qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 5-də “Benfika” (Portuqaliya), “Brügge” (Belçika), “Valensiya” (İspaniya) və “Qrasshopers”lə (İsveçrə) qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə komandamızın rəqibləri “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) olacaqlar.

Hər qrupda ilk dörd yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33-72-ci yerlər uğrunda matçlar keçirəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30