24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” - “Sumqayıt” oyununda 2 yubiley

Topaz Premyer Liqasının 22-ci turunun “Qəbələ” - “Sabah” oyunu iki yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 0:0 hesabı ilə başa çatan qarşılaşmada qonaqların futbolçuları çempionatda yubiley görüşünə çıxıblar.

İlk dəqiqələrdən meydanda olan Rəşad Eyubov Premyer Liqada 150-ci oyununu keçirib. Bu matçlarda 22 qol vuran yarımmüdafiəçi “Sabah”ın formasındakı 7 görüşdə 2 dəfə fərqlənib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Rəşad “Simurq”da 77 (13 qol), “Qəbələ”də 25 (3 qol), “Sumqayıt”da 23 (3 qol), “Kəpəz”də 13 (1 qol), “Neftçi”də 5 dəfə meydana çıxıb.

Oyuna sonradan daxil olan Məqsəd isə 100-cü qarşılaşmasını keçirib. Bu müddətdə 2 qol vuran müdafiəçi indiki klubunda 19 matçda 1 dəfə fərqlənib. Debütü 2013/14 mövsümünə təsadüf edən futbolçu “Neftçi”də 75, “Keşlə”də 6 (1 qol) görüşün iştirakçısı olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30