26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin 2 futbolçusu üçün yubiley

Topaz Premyer Liqasının 22-ci turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov “ağ-qaralar”ın heyətində 50-ci çempionat oyununu keçirib. O, bu matçlarda 11 qol vurub.

“Keşlə”ylə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi Emin Mahmudov isə “Neftçi”də ümumilikdə 10-cu dəfə fərqlənib. Azərbaycan Kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb.

O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurubsa, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin “Neftçi”dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30