23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Elə futbolçu var ki, formasında ad-soyadının düz yazılıb-yazılmadığına baxsın?”

“Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqanın 22-ci turunun “Keşlə”ylə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun çətin keçəcəyini bilirdik. Kim bura gəlirsə, qələbə qazanmaq üçün çox əziyyət çəkir. Öz futbolumuzu göstərməyə çalışırdıq. Hərdən alınmırdı. Bu gün uzun ötürmələrdən çox istifadə edirdik. Halbuki bizim oyun üslubumuz deyil. Ancaq əsas nəticə idi. Şükürlər olsun ki, bunu da bacardıq.

- “Keşlə”nin çətin rəqib olduğunu dediniz. Amma bu mövsüm artıq 4-cü oyundur ki, sizə heç qol da vura bilmirlər...

- Azərbaycan çempionatında asan oyun yoxdur. Hansısa komandaya rahat “üç dənə” vurasan, gedəsən evə, bu, mümkün deyil. Ümumiyətlə, zəif komanda yoxdur. Yalnız 1 qol vurduqdan sonra, qələbə qazanmaq şansın artır.

- Son vaxtlar milli ətrafında çox söz-söhbət gəzir. Xüsusilə də Litva ilə Bakıdakı heç-heçəyə görə futbolçulara 5000 manat mükafat verilməsi xeyli müzakirə olundu. Buna münasibətinizi bilmək maraqlı olardı...

- Bunu AFFA-dan soruşmaq lazımdır. Mən bu barədə heç nə danışa bilmərəm.

- Ümumiyyətlə, yeni baş məşqçinin rəhbərliyi altında millidən nə gözləmək olar?

- Nə deyə bilərəm? Çalışarıq, yaxşı nəticələr qazanaq.

- Qurban Qurbanovla Nikola Yurçeviç arasında nə kimi fərqlər var?

- Hər məşqçinin öz tələbləri, oyun üslubu var. İki mütəxəssis arasında bir az fərq var, amma çox deyil.

- Formanızın üstündə soyadınız səhv yazılmışdı. Buna görə irad bildirmişdiniz?

- Xeyr. Çünki heç fikir verməmişdim. Bilmirəm, elə futbolçu var ki, paltardəyişmə otağına gəlsin, formasında ad-soyadının düz yazılıb-yazılmadığına baxsın? Məsələn, Kriştiano Ronaldo gəlsin, formasının üstündə adının düz və ya səhv yazıldığını yoxlasın, belə şey olmur. Mən də fikir vermədim. Oyuna çıxanda dedilər ki, soyadın düz yazılmayıb. Eyni zamanda, problem olmadığını bildirdilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30