20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Rəqib heç-heçəyə gəlmişdi”

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 22-ci turunda "Səbail"ə evdə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularımızdan həddən artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm. Təəssüf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqib də heç-heçəyə gəlmişdi. Gedişatdan da, meydandakı hərəkətlərdən də bəlli idi. Bu da normaldır. Bizə çətin olsa da, yaxşı oynayırıq. Maşallah, son vaxtlar çox yaxşı oyun göstəririk. Ümid edirik ki, vaxt gələcək, nəyəsə nail olacağıq.

- Oyundan sonra qalmaqal oldu. Nə baş verdi? Rəqibin futbolçularının qələbəni çılğınlıqla qeyd etməyinə etiraz etdiniz?

- Özüm də başa düşmədim, nə oldu. Bizə işarə vurdular ki, bizim futbolçularla onların oyunçuları arasında münaqişə olub. Gedib sakitləşdirdim. Ancaq bilmədim nə baş verib. Heç araşdırmaq da istəmirəm. Emosiyalar üzərində qurulur.

- Onların qələbəni belə qeyd etməyi sizə acıq oldu?

- Yox. Acığımıza gəlsə də, nə olacaq? Onda, mən də qoşulub dava etməliyəm. Ancaq fikrim də yox idi. Bu olay önəmli deyil.

- Hakimlik haqda nə deyə bilərsiniz?

- Vaxtın həddən artıq uzanmasına görə narahat idim və narazılığımı bildirdim. Rəqibin sol cinah müdafiəçisi (Şəhriyar Rəhimov - müəllif) ilk dəqiqələrdə futbolçumuza qarşı çox sərt oynamağına narazılığı bildirdim. Bizdə belə tendensiya var idi ki, belə epizodda reaksiya gəlmədi. Oyun həddən artıq yersiz uzanırdı.

- 3-cü yerdə gedən "Səbail"lə xal fərqiniz artıq 12-yə qalxdı. Çempionatda medalçı olmağa şans demək olar qalmır?

- Yox. Şansımızı qoruyub saxlayırıq. Hər bri oyunda udmaq bizə motivasiya olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30