20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" - "Sabah": 6-cı duel

"Qəbələ" Topaz Premyer Liqanın 4-cü dövrəsinə doğma meydanda "Sabah"la keçirəcəyi oyunla start verəcək.

Futbolxeber.az saytının məlumatına görə, 22-ci turda oynanılacaq matç komandaların ümumilikdə 6-cı dueli olacaq. Mövsümün arxada qalan hissəsində rəqiblər üç çempionat və iki kubok görüşündə üz-üzə gəliblər.

İlk oyunda rəqibinə uduzan “Qəbələ” ardıcıl 4 qarşılaşmada qalib gəlib. Bu beş matçda cəmi 7 qol vurulub. “Qırmızı-qaralar” top fərqində də üstünlüyə malikdir - 5:2. Yalnız Ceyms Adeniyi bu matçlarda birdən artıq qol vurub. O, paytaxt təmsilçisini iki dəfə məyus edib.

Heç-heçənin qeydə alınmadığı beş qarşılaşmadan dördündə bir qol vurulub. “Qəbələ” üç, “Sabah” bir dəfə minimalhesablı qələbə əldə edib. Son üç görüş də bu hesabla nəticələnib.

Premyer Liqa çərçivəsindəki görüşlərdə iki qələbə və bir məğlubiyyəti olan Sənan Qurbanovun komandası 3 qol vurub, 2-ni buraxıb. Əyalət təmsilçisi evdəki hər üç oyunda, həm çempionat, həm də kubokda bir top fərqi ilə qələbə qazanıb. “Qəbələ” ümumilikdə üç, evdə isə iki oyundur qol da buraxmır.

Xatırladaq ki, aprelin 1-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30