25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

İsrailli futbolçu: "Azərbaycanda mənim üzümə yeni qapılar açılıb"

"Uzun danışıqlardan sonra, nə qədər çətin olsa da, "Hapoel Raanana"dan ayrılıb, indiki klubum "Sumqayıt"a keçdim. Həmin vaxt Azərbaycan millisinə dəvətlə bağlı da danışmışdıq. Şadam ki, çox çalışıb, yığmaya çağırıldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın yarımmüdafiəçisi Əli Babayev İsrail mətbuatına açıqlamasında deyib.

Azərbaycan milli komandasına çağırılan 28 yaşlı israilli futbolçu təəssüratlarını bölüşüb:

"Hiss edirəm ki, artıq uşaqlıq arzumun yerinə yetmək vaxtıdır. Milli komandanın formasını geyinməyi çox istəyirdim. İsraili sevirəm və bu ölkə hər zaman mənim qəlbimdə qalacaq. Amma indiki məqamda mənim üzümə yeni qapılar açılıb və bundan imtina etmək çox çətindir. Azərbaycanı sevirəm, burada olmaqdan, oynamaqdan məmnunam. İnsanlar mənə qarşı çox mehribandırlar. Belə bir imkan qazandığım üçün şadam".

Babasının azərbaycanlı olduğunu bildirən Ağayev məhz onun sayəsində bu gün ölkəmizdə olduğunu vurğulayıb: "Mən babamın sayəsində bu mövsümün əvvəlində Azərbaycana gəldim. Onsuz heç vaxt burada ola bilməzdim. Ailəmə mənə göstərdikləri kömək və dəstəyə görə təşəkkürümü bildirirəm. Onlar indi də burada mənimlə birlikdədilər. Həmçinin super menecerimə minnətdaram ki, işini çox yaxşı görür. "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə təşəkkürümü bildirirəm. O və Zamiq Hüseynov olmasaydı, mən Azərbaycan gələ bilməzdim. Bundan sonra daha çox çalışmaq lazımdır".

Qeyd edək ki, Ə.Babayevin açıqlama verdiyi "one.co.il" saytında Riad Rəfiyevlə bağlı maraqlı bir məlumat da yer alıb. Orada qeyd olunub ki, Babayev "Sumqayıt"la müqavilə bağlayarkən, klub prezidenti ona Azərbaycan millisində oynaya bilmək üçün vətəndaşlıq alınacağına söz verib.     

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30