16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

21 yaşlı millimizi "dirildək"! YAZI

Çox nadir hallarda millimizin oyununa axıra qədər baxmaq olur. Futbolçularımız meydanda 60, uzaqbaşı 65 dəqiqə mübarizə apara bildiyi kimi, əksəriyyət kimi mən də televizor qarşısında və ya tribunada bu müddətə qədər səbrsizliyimə güc gələ bilirəm. Axırı özümə söz verdim ki, dünənki oyunun final fitini eşitməyincə televizorun qarşısından çəkilməyim. Sözün düzü, bu addımı ən pis halda oyuna baxa-baxa əsəbləşib, oyundan sonra yazacağım yazıda, daxilimdə futbolumuza qarşı yaranan bir az nifrəti, bir az kinayəni, bir az da yazıqlığı əks etdirmək məqsədilə atdım. Oyundan sonra ürəyimdən keçənləri bu yazıda yüzdə yüz ifadə edə bilməsəm də, təxmini təəssüratlarım belədir ki, yenə təsadüfi qələbəyə, hətta heç-heçəyə ümid edən milyonlarla azərbaycanlının futboldan zəhləsi getdi. Yenə futboldan zəhləsi gedən, amma milli, Azərbaycan, Vətən naminə komandamızın nəsə edəcəyini gözləyən milyonlarla insan dilxor oldu. Ronaldonu canlı görmək üçün deyil, məhz yığmamızı dəstəkləmək üçün işdən yorğun-arğın çıxıb stadiona tələsən minlərlə azarkeşin kefinə soğan doğrandı.

Bu bizim nə birinci, nə də sonuncu uğursuzluğumuzdu. Kimisə günahlandırmaq fikrində də deyiləm. Camaat çörəyi qulağına yemir, hər şey göz önündədir. Buna görə də nə Foqtsu, nə futbolçuları, nə də AFFA məmurlarını günahlandırmaq fikrindəyəm.

Sadəcə olaraq, milli komandamızı bu günə salanlardan bir ricam var.

Portuqaliya ilə oyunun sonunda matçı televizor vasitəsilə şərh edən həmkarım da qeyd etdi ki, “Bu gün AFFA-nın yaranmasından 21 il ötür”. Yəni, futbolumuzun 21 yaşı tamamlanır. 21 yaş futbolçu karyerasının ən yaxşı, çiçəklənən dövrü sayılır. Əslində, bu gün bizim millimiz, futbolumuz da ən yaxşı dövrünü yaşamalıdı. Amma yaşamır. Buna görə də nə qədər gec deyil, 21 yaşlı futbolumuzu "dirildək". "Dirildək" ki, 15, 20 ildən sonra Azərbaycan futbolu 35-40 yaşlarında o klubdan bu kluba, bu klubdan o kluba, dəyər-dəyməzinə satılan, "istifadə müddəti" keçmiş futbolçular kimi avara qalmasın.

Sahib ZEYNALOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30