16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Millimizin heyəti açıqlandı

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Vüqar Məmməd 20 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, yığmamız martın 15-dən etibarən Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışına başlayacaq. Komandamız elit-raunddakı ilk oyununu martın 20-də ruslara qarşı keçirəcək.

Qapıçılar: Nicat Mehbaliyev ("Qarabağ"), Nail Alışov ("Neftçi"), Rüstəm Samuqullin ("Stroqina, Moskva, Rusiya)

Müdafiəçilər: Elnur İbrahimov ("Spartak-2", Moskva, Rusiya), İbrahim Hüseynov ("Qarabağ"), Zahid Mərdanov ("Sabah"), Rauf Hüseynli ("Qarabağ")

Yarımmüdafiəçilər: Rüstəm Nuriyev ("Qəbələ"), Vüsal Məsimov ("Qəbələ"), Zamiq Əliyev ("Qarabağ"), Şakir Seyidov ("Sabah"), İdris İnqilablı ("Qəbələ"), Turan Vəlizadə ("Neftçi"), Tural Bayramov ("Qarabağ"), Sərhad Daşdəmir ("AFC Fylde", İngiltərə), Elvin Cəfərquliyev ("Qarabağ"), Murad Mahmudov ("FSV Frankfurt", Almaniya)

Hücumçular: Kamran Quliyev ("Yonova", Litva), Musa Qurbanlı ("Qarabağ"), Emil Qasımov ("Sabah")

Yığmamızın oyunlarının təqvimi isə bu cürdür:

20 mart

18:00. Azərbaycan - Rusiya

23 mart

13:00. İrlandiya - Azərbaycan

26 mart

18:00. Rumıniya - Azərbaycan

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30