29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maksim “Qarabağ”ın rekordçusu oldu

Maksim Medvedev "Qarabağ"ın tarixində mütləq rekorda sahib çıxıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata, 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Topaz Premyer Liqasının 20-ci turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub.

2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.

Regional yarışların nəzərə alınmadığı statistikaya əsasən, 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.

Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31